SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün “Nizami” kinoteatrında "Mələyin Öpüşü" filminin qala gecəsi baş tutub.

BAKU.WS-in məlumatına görə, filmdə rol alan Fuad Poladov, Oksana Rəsulova, Elşad Xose, Münəvvər Əliyeva, Nizar Məmmədov, Təranə Əliyeva, Şəhriyar Əbilov, Mikail Bəylər, Şamil Süleymanlı və digər istedadlı aktyorlar iştirak edib.

"Mələyin Öpüşü" filminin rejissoru Əsgər Əli Hacızadədir. Quruluşçu operator Elman Əliyev, ideya Nərgiz Qasımova, ssenari Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadə, 2ci rejissor isə Gülsüm Ağayevadır. Film qısa zamanda - 25 gün ərzində Bakıda və Mərdakanda seçilən məkanlarda çəkilib.

Qeyd edək ki, film 15 sentyabrdan etibarən kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.

BAKU.WS