VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Martın 3-də Heydər Əliyev Sarayında "Məhəllə 3" filminin təqdimatı keçirilib.

BAKU.WS 
xəbər verir ki, filmin prodüserləri əməkdar artistlər Tahir və Cabir İmanovlar, rejissoru isə İsmayıl Zeynalovdur.

Filmdə tanınmış aktyorlar - əməkdar artistlər Dilarə Əliyeva, Bəhram Bağırzadə və gənc simalar yer alıb.

“Sovetski” məhəlləsinin sökülməsi ilə başlanan filmin mövzusu daha sonra oğurlanan bahalı xalça ətrafında cərəyan edir. Film yumor və gülüş səhnələri ilə zəngindir.

Filmin nümayişindən öncə çıxış edən yaradıcı heyət "Məhəllə”nin davamının olacağını bildirib.

Aysel
BAKU.WS