SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Yoxdu belə söhbət" romantik-komediyasının qala gecəsi keçirilib.

BAKU.WS-n məlumatına görə, qala gecə “CinemaPlus Azərbaycan”da keçirilib.

Gecədə ölkənin tanınmış aktyor və aktrisaları, incəsənət nümayəndələri və paytaxt sakinləri iştirak edib.

Filmdə Emil Məcnun, Həsən Ağa, Günəş Mehdizadə, Tünzalə Qəhrəman baş rolları canlandırıblar.

Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Bütün baş verənlərin təsadüf, yaxud möcüzə olması isə sual altındadır.

Filmin rejissoru Rüfət Həsənov, ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov, Asif Rüstəmov, bəstəkarı "Dihaj"dır.

Filmə yanvarın 11-dən "CinemaPlus" kinoteatr şəbəkələrində baxmaq olar.

BAKU.WS