VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Beynəlxalq gülüş günündə Azərbaycanın ilk uşaq komediyası olan "Samedik"in ilk rəsmi tizeri yayımlanıb.
 
BAKU.WS xəbər verir ki, uşaqların və böyüklərin sevərək izləyəcəyi bu film yaxın vaxtlarda izləyicilərə təqdim ediləcək. Qeyd edək ki, filmin qala gecəsi 1 İyun Beynəlxalq uşaqlar günündə baş tutacaq. Bu filmi bütün uşaqlar üçün möhtəşəm bayram hədiyyəsi hesab etmək olar.
 
"Samedik" məşhur "Evdə tək" filminin süjet xətti əsasında çəkilib. Filmin balaca qəhrəmanı Səməd mafiya üzvlərinə qarşı tək başına mübarizə aparır. 
 
Qeyd edək ki, filmin rejissoru Sahil Nəzərov, quruluşcu operatoru Əhməd Barasov, prodüseri isə Ramiz Hüseynzadədir. Gənc kadrların rol aldığı filmdə aktyorlar Elşən Hacıbabayev, Elsevər Mehdizadə, Səbinə Əliyeva, Pərvanə Talıbzadə, prodüser Ataş, Sayqa Nizami Həsənli yer alıb.

"Mən buradan bütün valideynlərə səslənirəm ki, qorxmadan uşaqlarını bu filmə gətirsinlər. Uşaqların telefonla yaxud da kompüterlə oynamasındansa mədəniyyətin inkişafı üçün filmə baxması daha məqsədəuyğundur. Mədəniyyət uşaqdan başlayır", - deyə filmin prodüseri, aktyor Ramiz Hüseynzadə bildirib.
 
BAKU.WS