SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən müharibəsində yaralanaraq düşmənə əsir düşən və sonradan Azərbaycana qaytarılan hərbçimiz Amin Musayev bu gün evinə, doğulduğu Ağstafa rayonuna gəlib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, onu ailə üzvləri, yaxınları və dostları qarşılayıb.

Məlumat üçün bildirək ki, Amin Musayev evin tək övladıdır və yaralanaraq düşmənə əsir düşmüşdü. Hərbçimiz üçtərəfli razılaşmaya əsasən, Azərbaycana qaytarılıb.

Amin Musayev dünən Bakı şəhərində əmisinin qonağı olub, bu gün isə doğulduğu Ağstafa rayonuna qayıdıb.

BAKU.WS
QALEREYA