SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan ordusu "dördgünlük müharibə" zamanı Xocavəndi tam nəzarətə götürüb. Ancaq ermənilərin köhnə T-72 tanklarının təmas xəttinə yeridilməsindən sonra Azərbaycan əsgərləri Xocavənddə möhkəmlənə bilməyib.
 
Rusiyanın RİA Novosti agentliyi yazır ki, təmasın xəttində vurulmuş tankların fraqmentləri görsənir. 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonuna ezam olmuş RİA xəbər agentliyinin xüsusi müxbiri Qarabağda erməni zabitlə söhbət edib. 

"Azərbaycan ordusunda Rusiya, İsrail, Türkiyə, ABŞ, Belarus və Ukrayna istehsallı müasir silahlar var. Bizim tanklardan biri tank müasir raketlərlə vuruldu. Tanka istiqamətlənən raket pilotsuz təyyarənin verdiyi kordinatlar hesabına yönəlir". 
 
Ermənilər özləri etiraf edir ki, sovet istehsalı olan köhnə texnikalarla döyüşürlər: "Bizimlə Azərbaycan mövqeləri arasında 400 metr məsafə var. Hətta bizim postlardan Azərbaycan bayrağı görünür. Onlar səngərləri qazırlar, bizi görürlər və qışqırırlar: "Salam, Vazqen!", — deyə erməni tank batalyonunun bölmə komandir - müavini Artak deyib. 
 
BAKU.WS