VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ordusu Qadabağdakı döyüşlərdə daha 54 hərbçisini itirdi.

BAKU.WS xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Yaralı sayı açıqlanmasa da, onların da sayının çox olduğu qeyd edilir. 

Ermənilər hərbçilərin meyitlərinin bir hissəsinin döyüş bölgəsində qaldığını da etiraf ediblər. 

Xatırladaq ki, bununla da erməni tərəfinin etiraf etdiyi rəsmi itkilərinin sayı 157 nəfər olub. Lakin bu rəqəm əslində qeyd ediləndən dəfələrlə artıqdır. Bir neçə gün öncə Azərbaycan Müdafiə Nazirliyi işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər nəticəsində düşmənin 2500-ə yaxın canlı qüvvəsinin məhv edildiyini açıqlamışdı. 

BAKU.WS