SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu görüntülər Arazın o tayında çəkilib. Arazın o tayında yaşayan qanıbir, canıbir soydaşlarımız bu tayda gedən döyüşləri videolentə alıblar.

BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, onlar hər şeyin fərqindədirlər, bu tayda yaşayan soydaşlarının problemlərini də bilirlər, onun dərdini öz dərdləri sayırlar.

Bu şəxslər hər il Bəzz qalasının yolunu tutan, Qaradağın ətəklərində “Anadır, arzularam, hər zaman Qarabağ” mahnısını şirin səslə, xorla oxuyanlardır.

Onlar Qarabağın 30 ilə yaxındır erməni işğalında olmasını ürəklərinə salan, söhbət düşəndə “Baba, nədən basıb gedib torpaqlarınızı almırsınız” deyə soruşan adamlardır.

Bu gün onlar Arazın o tayında durub görürlər ki, bu tayda igid əsgərlərimiz həmin işi edir, öz doğma yurd-yuvalarımızı düşmən tapdağından azad etməyə çalışırlar.

İndi onlar əllərindəki kameralarla döyüşləri çəkir və əsgərlərimizə azarkeşlik edirlər – eynilə biz Təbrizin “Traktorsazı” futbol komandasına azarkeşlik etdiyimiz kimi.

Eşq olsun, qardaşlar, uğurlarımıza görə sevinclə dolan ürəyinizə sağlıq.

BAKU.WS
VİDEO