SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanın yanında olacağıq".

BAKU.WS xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Ermənistanın işğal etdiyi torpaqları dərhal azad etməsi ilə bölgə yenidən sülh və hüzura qovuşacaq.

"Dünən Azərbaycana qarşı təxribata əl atan Ermənistanı bir daha qınayıram. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Minsk qrupu həmsədrləri, ABŞ-Rusiya-Fransa bu günə kimi bu məsələni həll edə bilməyiblər. Demək olar ki, problemi həll etməmək üçün əllərindən gələni ediblər. İndi ağıl verirlər.

Nədir bu təhdid? Türkiyə burdadır? Türk əsgərləri varmı? Bunu deyənlər cənubumuzda, Suriyanın şimalında minlərlə tır silahı ora daşıyanlar, Suriyada bazalar quranlar, koalisiya gücləri ilə Suriyada at oynadanlarıdır. Bu məntiqə, ağıla baxın. İşğal edilən topraqlar Azərbaycan əraziləridir. 1 milyona yaxın insan torpaqlarından didərgin düşüb.

"Artıq hesab vaxtı gəlib" deyən Azərbaycan istər-istəməz öz göbəyini özü kəsməyə vadar olub". 

BAKU.WS