SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Son günlərdə Azərbaycanla Ermənistan arasında  gedən döyüşlərdə ordumuz bir neçə şəhid verib. 

BAKU.WS musavat.com-a istinadən bildirir ki, təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan hərbçimiz, 19 yaşlı şəhid, kəşfiyyatçı əsgər Emin Bağırovun sosial hesabında yazdığı sözlər dostlarını və onu sevənləri kədərləndirib. 

O, əsgər olduğu müddətdə sosial hesabında fotolarının  birində belə yazıb: "Hər Ana əsgər dünyaya gətirə bilər, amma yalnız azəri qadınları şəhid, qəhrəman, Mübariz İbrahimov  gətirirlər dünyaya"

Digər fotosunda isə: "Əsgər oldum, gedirəm irəli. Haqqını halal et, anam. Bəlkə, qismət olar, şəhid oldum",-  deyə qeyd edib.

Emin Bağırov düşmənlə döyüşlərdə minaya düşərək həyatını itirib. Şəhid əsgərimiz Binəqədi qəsəbəsində dəfn olunub.

Onu da bildirək ki, E. Bağırov Binəqədi Rayon Gənclər və İdman idarəsi "Arktika"  idman klubunda uşu idman növü ilə məşğul olurdu.
 
BAKU.WS