SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ATƏT-in Minsk Qrupu hazırda Dağlıq Qarabağa görə təcili iclas keçirir.
 
BAKU.WS-in məlumatına görə, Vyanada baş tutan iclasda təmas xəttindəki gərginlik müzakirə edilir. İclasda Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsində hansısa ümumi yanaşmaları hazırlamaq planlaşdırılır. 

Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında təmas xəttində aprelin 1-dən 2-nə keçən gecə gərginlik artıb. Ermənistan tərəfinin təxribatına Azərbaycan ordusu layiqli cavab verib. Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. 
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
 
BAKU.WS