SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS xəbər portalı ordumuzun şəhid verməsi ilə əlaqədar olaraq xəbər siyasətində dəyişiklik edib.

Döyüşlərin başlandığı andan etibarən əməkdaşlarımız Tovuzda baş verənləri diqqətdə saxlayaraq operativ qaydada oxucularımızı məlumatlandırmağa çalışır. 

Şou-biznes və əyləncə xarakterli məlumatların yayımlanması dayandırılıb. Dərhal təmas xəttinə əməkdaşlarımız ezam olunub və qaynar nöqtələrdə ordumuzun yüksək əhval-ruhiyyəsi, sakinlərin dəstəyi haqqında xüsusi reportajlar hazırlanıb. 

BAKU.WS komandası döyüşlərin ən qaynar yerlərindən son məlumatları oxucularımıza çatdırmaq üçün çalışır və Ordumuzdan gələcək qələbə xəbərlərini gözləyir! 

Qeyd edək ki, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusu düşməni yerində oturdub və cavab zərbələri endirməkdə davam edir. 

BAKU.WS