Zaxarova: Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması heç bir şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"dən asılı deyildir.
BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
M.Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır:
"Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Bunun üzərində də ATƏT-in Minsk Qrupu iş aparır".
Rusiya XİN-nin rəsmisi əlavə edib: "Eyni zamanda, hesab etmirik ki, gələcək sülh prosesinin gedişatı hər hansı bir şəkildə qeyd olunan hadisədən asılıdır".
Oxşar xəbərlər
Britaniyalı jurnalist Dağlıq Qarabağda gördüklərindən dəhşətə gəlib
Bütün dünyada narkotik ticarəti, qanunsuz silah alveri, çirkli pulların yuyulması kimi transmilli cinayətləri araşdıran britaniyalı jurnalist Harrold Keyn Azərb...
