Ermənilər tərəfindən öldürülən Zəhranın anasının ağrısı səngimir.  

BAKU.WS-in məlumatına görə, bu gün sosial şəbəkələrdə yayılan balaca Zəhranın anasının naləsini əks etdirən video yazını izləmək də əsəbləri zəif olanların işi deyil. Əlbəttə, hələ uzun müddət bu qadını ovutmaq mümkün olmayacaq.

Qeyd edək ki, İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzulirayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
 
Tuncay
BAKU.WS