Ağdam Sənaye Parkında tikinti işləri gələn ay başlanılacaq - Nazir AÇIQLADI - FOTO

“İqtisadiyyat Nazirliyinin 190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur”.
BAKU.WS xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.
“Bu, 1 000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Artıq rezidentlər üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır”, - deyə o qeyd edib.
190 ha ərazisi olan #AğdamSənayeParkı-nın hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox #investisiya yatırması nəzərdə tutulur. Bu, 1000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 5, 2022
1/2
Oxşar xəbərlər
Qarabağda işləmək istəyən şəxslərin NƏZƏRİNƏ! - Bu güzəştlər olacaq - VİDEO
İşğaldan azad edilmiş ərazilərdə yaradılmış Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidentləri ölkənin bütün sənaye parklarına şamil...