SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 
BAKU.WS