"Gələn aydan etibarən Şuşada yeni yaşayış massivinin tikintisinə başlanılır".

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bunu açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində böyük abadlıq və quruculuq işləri görülür:

“Yeni tikilənlər sırasında xəstəxana, məktəb, bir çox iaşə obyektləri var. Gələn aydan etibarən isə yeni yaşayış massivinin tikintisinə başlanılır. Artıq tender bitib. Şuşada 24 ədəd dördmərtəbəli bina tikiləcək. Yeni evlər burada xidmət göstərən əməkdaşların yaşaması üçün və gələcəkdə Şuşa əhalisinin buraya köçürülməsi üçündür”.

BAKU.WS