SİZİN REKLAM BURADA!
055 213 76 73


"İraq şirkətləri istər işğaldan azad edilmiş Qarabağda, istərsə də bütövlükdə Azərbaycanda həyata keçirilən müxtəlif layihələrdə iştirak etməyə hazırdır".

BAKU.WS xəbər verir ki, bunu “report”un bölgəyə ezam olunmuş müxbirinə İraqın Azərbaycandakı səfirliyinin əməkdaşı Cavad Rəcəb bildirib.

Onun sözlərinə görə, iki ölkənin ticarət palataları arasında iki həftə bundan əvvəl Qarabağdakı bərpa işlərinin müxtəlif sahələrində əməkdaşlıq barədə razılıq əldə olunub.

“İraqda 44 günlük müharibə diqqətlə izlənilib. Azərbaycanın qələbəsini, nailiyyətlərini sevinclə qarşılanıb. Azərbaycanın öz torpaqlarını geri qaytarması məni də çox sevindirir”, – iraqlı diplomat deyib.

BAKU.WS