"Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub edib
27
iyn
2026
23:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib.
"In Gernot Langes" stadionunda, Bakı vaxtı ilə saat 19:00-da start götürən matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:0. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamilo Duran vurub.
Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...