Türkiyə və Rusiya liderləri Qarabağı müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, iki liderin telefon danışığı zamanı vaksin, hava əlaqələrinin yenidən bərpa edilməsi ilə yanaşı Qarabağdakı vəziyyət də müzakirə mövzusu olub.
"Telefon danışığı zamanı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən məmnunluq ifadə edilib. Türkiyə prezidenti Rusiya, Azərbaycan, Ermənistan liderlərinin birgə bəyanatında irəli sürülən razılaşmalara tam olaraq əməl edilməsi üçün Rusiyanın atdığı addımlara dəstəyini ifadə etdi", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
İlham Əliyev və Vladimir Putin Qarabağı müzakirə etdilər
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki,...
