Vətən müharibəsi iştirakçısı vəfat edib

16
may
2021
10:37
Vətən müharibəsi iştirakçısı Niyazi Gündüz oğlu İbrahimli vəfat edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü N.İbrahimli mayın 14-də dünyasını dəyişib.
O, II Qarabağ müharibəsindən sonra bir müddət ürəyindən müalicə olunub. Mayın 14-də N.İbrahimlinin ürəyində yenidən ağrılar yaranıb və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N.İbrahimli orada vəfat edib.
Qeyd edək ki, N.İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb.
Ailəli idi, bir övladı var.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Hadrutda divara internat məktəbi yazan əsgər: “Hər kəs öz evini yazırdı... ” - MÜSAHİBƏ
“Hər kəs doğulub-böyüdüyü yerin adını yazırdı, mən də öz evimin adını yazmaq istədim. Maştağa 1 saylı internat məktəbi...” Bu yazı hər kəsə tanışdı. Vətən mühar...