Şəhid Elməddin Vəkilovla vida mərasimi keçirilir - FOTO

Vətən müharibəsi zamanı itkin düşən və bir neçə aydan sonra şəhid olduğu məlum olan Elməddin Vəkilovun nəşi ailəsinə təhvil verilib.
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, şəhidin cənazəsi Daşkəsəndə ailəsinin yaşadığı evə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.
Şəhid Daşkəsən şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, 1988-ci il təvəlüdlü Elməddin Nizam oğlu Vəkilov ailəli olub. O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...