VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan - Ermənistan sərhədinin Naxçıvan ərazisində vəziyyət istənilən an dəyişə bilər. 

ANS PRESS-in "Sputnik-Armeniya" saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin 4-cü korpusunun komandiri general-mayor Andranik Makaryan deyib. 

«Sərhəddə vəziyyət istənilən an ildırım sürəti ilə dəyişə bilər" - deyə hərbçi bildirib. O həmçinin qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin Qarabağdakı vəziyyəti təkrarlaya biləcəyini istisna etmir.

May ayının 12-də Ermənistan silahlı bölmələri Naxçıvan sərhədində təxribat törətdikdən sonra yenidən həmin istiqamətdə atəşkəsi pozub. Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirib.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, bir neçə saat əvvəl Azərbaycan və Ermənistan qoşunlarının Naxçıvan istiqamətindəki təmas xəttində (Ermənistanın Vayots-Dzor rayonu) erməni muzdlu əsgər öldürülüb.
 
BAKU.WS