Erməni jurnalist Tatul Akobyan şok açıqlama ilə yadda qalıb. O, ermənilərdən aprel döyüşlərində itkilərini real şəkildə etiraf edən şəxslərdən biri kimi yadda qalıb. 
 
BAKU.WS-in məlumatına görə, jurnalist ermənilərin aprel döyüşlərində Lələ təpə istiqamətində 7 postu itirdiyini bildirib. Onun sözlərinə görə Talış-Mataqis-Tap-Qaraqoyunlu istiqamətində isə erməni əsgərləri 10-larla postu qoyub qaçıblar. Qeyd edək ki, bir neçə gün əvvəl Şuşa batalyonunun komandiri Jirayr Səfilyan da Ermənistan rəhbərliyini xalqı aldatmaqda ittiham edərək aprel döyüşlərində torpaq itkilərinin həddən artıq çox olduğunu bildirmişdi. O, təkcə Talış kəndi istiqamətində ordumuzun 7 milyon kv metr ərazinin işğaldan azad etdiyini demişdi.
 
"Ermənistan rəhbərliyi xalqı aldadır. Azərbaycan böyük ərazini işğaldan azad edib. Ölkədə təcili səfərbərlik elan edilməlidir. Biz itirdiyimiz əraziləri təcili geri qaytarmalıyıq", deyə Jirayr Səfilyan bildirib.
 
BAKU.WS