SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın işğal altında olan torpaqlarında daha bir erməni əsgər ölümcül yaralanıb.
 
BAKU.WS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, hərbi qulluqçu ötən gün cəbhə xəttində atəşkəs rejiminin pozulması nəticəsində yaralanıb. 

Ağır yaralanan əsgər 21 yaşlı Ovanes Eduardoviç Poqosyandır.  
 
Qeyd edək ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Xüsusi ilə Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz intensiv olaraq atəşə məruz qalıb.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqeləri və səngərlərinə 124 dəfə cavab zərbəsi endirib və erməniləri susdurub. 

Sonuncu dəfə cəbhədə erməni hərbçi mayın 11-də vurulub. Əsgər ötən gün axşam saatlarında güllə yarasından dünyasını dəyişib.  1996-cı il təvəllüdlü Martirosyan Armen Qrayroviç cəbhənin şimal istiqamətində atəşkəsin pozulması nəticəsində vurulmuşdu.  

May ayının 9-da isə Azərbaycanın işğal altında olan ərazilərində, təmas xəttində baş verən atışma zamanı erməni generalın qardaşı yaralanıb. 32 yaşlı Artur Saroqyanın vəziyyəti ağır idi. O, aprel ayında başlayan döyüşlərdən sonra könüllü kimi Qarabağa yollanıb. A.Saroyan Ermənistan Milli Yığıncağı - parlamentinin deputatı, general Seyran Saroyanın yaxın qohumudur.

General Saroyan birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilib. 
 
BAKU.WS