VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərlə bağlı yeni statistika açıqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Əsgərlərin Sığortalanması Fondunun direktoru Varujan Avetikyan bildirib ki, döyüşlərdə iştirak edən 1 600 hərbçidən hələ də bir xəbər yoxdur və onlar itkin düşmüş sayılırlar.

“Fevralın 10-dan başlayaraq itkin düşmüşlərin ailələri onların yaxın qohumunun itkin düşmüş kimi tanınması üçün məhkəməyə müraciət edə bilərlər. İtkin düşmüşlərin yaxınları məhkəməyə müraciət etmək üçün prokurorluğun Vəkil Palatasının xidmətindən pulsuz yararlana bilərlər”, - fond rəhbəri deyib.

BAKU.WS