4 hərbi qulluqçumuz mina partlaması nəticəsində xəsarət alıb - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.
***13:10
Azərbaycanda polkovnik-leytenant minaya düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az Müdafiə Nazirliyindən məlumat əldə edib.
Bildirilib ki, polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.
O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.
Oxşar xəbərlər
Vətən müharibəsi qazisi: "Minaya düşdükdən sonra siqareti yandırıb damağıma qoydum" - VİDEO
Kəlbəcərə gedən yolu minalardan təmizləyən zaman minaya düşərək qazi olan istehkamçı Xanquliyev Elvin Yusif oğlu da Vətən müharibəsində şücayəti ilə seçilib. BA...