SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanın işğalı altında olan Azərbaycanın Talış kəndində yaşayan 90 erməni ailəsi Ermənistana qaçıb.

BAKU.WS erməni KİV-nə istinadən bildirir ki, bu haqda Talış kəndinin erməni icmasının əlaqələndiricisi Slava Bayunst deyib.

Əlaqələndiricinin sözlərinə görə, problemin həlli üçün onlar Ermənistan hökumətinə müraciət ediblər.

Onlar Ermənistanda harda gəldi yaşamağa hazırdırlar. Ailələr Yerevanda baş nazir və Ərazi İdarəçiliyi Nazirliyinə müraciət ediblər: "Ancaq Yeravandakı yataqxanalar Suriyadan gələnlər qaçqınlarla doludur", - deyə Slava Bayunst bildirib.