Düşmənin Suqovuşanda atıb qaçdığı silah-sursat aşkarlandı - FOTO

Düşmənin Suqovuşanda atıb qaçdığı silah-sursat aşkarlandı - FOTO
Foto
Siyasət 269

İşğaldan azad edilmiş ərazilərdə Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşları rayonun Suqovuşan kəndi ərazisində xidmətdə olarkən həmin ərazidən 1 ədəd 60 mm-lik minaatan silahı, həmin silaha məxsus 72 ədəd mərmi, 5 ədəd 30 mm-lik AQS-17 qumbaraatan silahı, dolu sandığı və sursatı ilə birgə 2 ədəd 12.7 mm-lik PKT, 1 ədəd PK pulemyotu, hava hücumundan müdafiə üçün atışa hazır vəziyyətdə “İQLA” raket kompleksi, 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 3 ədəd tank əleyhinə RPQ-7 mərmisi, 1 ədəd snayper tüfəngi, 2 qutu 12.7 mm-lik patronlar, 1 ədəd əl radiostansiyası və qidalandırıcısı aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Oxşar xəbərlər

Qarabağda yeni savaş olacaq?

Qarabağda yeni savaş olacaq?

Qarabağın 3/4 hissəsinin əldən çıxmağı ilə əsla razılaşan deyilik. Yaxın vaxtlarda yeni savaş olacaq. Qisas müharibəsinə başlayacağıq və daha da irəli gedəcəyik...

3950 Siyasət 14:49 05 yanvar 2021

Son xəbərlər