VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 günlük Vətən müharibəsi xalqımızın torpaq həsrətinə son qoydu.

Şanlı Azərbaycan Ordusunda qəhrəmanlıq göstərən igidlərin sırasında 27 həmkarımız olub. Onlardan biri də Baku TV-nin əməkdaşı Yelmar Məmmədlidir. Müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qatılıb və Şuşaya qədər döyüş yolu keçib həmkarımız.

Bütün dəyərlərin fövqündə dayanır Vətən Yelmar üçün. Odur ki, qələmini fəxarətlə silaha dəyişib.

Əfsanəvi Şuşa döyüşlərinin canlı şahididir Yelmar. Düşmənin qorxulu yuxusuna çevrilən Azərbaycan əsgərinin şərəfli döyüş yolundan ürəkdolusu danışır.

Yelmar Məmmədli – Baku Tv-nin əməkdaşı: “Sentyabrın 21-dən təlimlərə cəlb olundum. Sentyabrın 27-də ilk döyüşə yollanan hərbi hissələrdən biri də biz idik. Füzulidən başladı, sonra Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut, Şuşa. Qarabağın 1-2 rayonu olar ki, orada döyüş əməliyyatında olmamışıq”.

“Döyüşlər uğurlu şəkildə koordinasiya olunmuşdu. Bir-bir torpaqları girib götürürdük. Hazırda olduğumuz hərbi hissənin özünü belə döyüş yolu ilə götürmüşük”.

“Şuşa döyüşləri tarix kitablarına düşəcək döyüşdü. Düşmən bizi yoldan gözləyirdi. Oranı nəzarətdə saxlamışdılar. Amma Azərbaycan ordusu arxadan hərəkət edərək qəfil hücum etdi. Düşmən çaş-baş qaldı. Döyüş tanksız, silahsız oldu. Əlbəyaxa döyüş oldu. Oğullarımız əsl qəhrəmanlıq göstərdi.

Qalib ordunun qalib əsgərlərindən olan Yelmar artıq şanlı qələbəmizdə payı olmağının qürurunu yaşayır, "evimizə qürurla, sevinclə, alnıaçıq, üzüağ dönəcəyik" deyir.

BAKU.WS
VİDEO