Azərbaycan polisi Kəlbəcərdə postlar qurub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.
RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.
Qalereya
Oxşar xəbərlər
ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ + FOTO
Torpaqların işğaldan azad olunması hər kəsi sevindirir. İllərin həsrəti bitib. Lakin bəzi insanların səbirsiz davranışları, sevinclərini həyatlarını riskə atara...