SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dağlıq Qarabağda daha bir erməni əsgər öldürülüb. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə erməni KİV yazır. Məlumata görə, Qarabağın hərbi hissələrindən birində hərbi qulluqçu həlak olub. Hadisə Xocavənd yaxınlığında qeydə alınıb. Vanadzor şəhərinin 19 yaşlı sakini, hərbi qulluqçu Spartak Kalaşyan güllə yarasından dünyasını dəyişib. 
 
Ermənistan tərəfi erməni əsgərin intihar, qətl və ya silahla rəftar edərkən təhlükəsizlik qaydalarını pozduğu üçün öldüyünü güman edir. Əsgərin cəsədi hələ də doğmalarına verilməyib. 

Digər bir məlumata görə isə Ermənistan ordusunun müddətli hərbi xidmətdə olan iki hərbçisi öz əsgər yoldaşları tərəfindən öldürülüb. Bareyan soyadlı əsgər avtomat silahdan "ehtiyatsız davranaraq", sıravi Spartak Kalaşyana atəş açıb. O, kəllə nahiyəsindən aldığı güllə yarasından ölüb. Məlumata görə, "UAZ" markalı avtomobilin sürücüsü, müddətli hərbi xidmətdə olan əsgər Karen Aqabekyan maşındakı sıravi P.Yeqoryanın avtomatdan açdığı atəş nəticəsində ölüb.
 
BAKU.WS