Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik etdi

01
dek
2020
14:11
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "Instagram" səhifəsində Laçının işğaldan azad edilməsi münasibətilə paylaşım edib.
BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:
"Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!"
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...
