SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistan prezidenti Serj Sarkisyanın "dördgünlük müharibə”dən sonra Dağlıq Qarabağa səfəri erməni ictimaiyyətini ən çox düşündürən sualdır.
 
Publika.az xəbər verir ki, Ermənistanda əksəriyyət Sarkisyanın torpaqların qaytarılmasını müzakirə etmək və Qarabağdakı komandanlığa geri çəkilmək təlimatını vermək üçün Xankəndinə getdiyi düşünür. 
 
Dünən yayılan məlumata görə, "Sarkisyan hərbiçilərə yaxın günlərdə geri çəkilməklə bağlı təlimat verib və əhalinin çıxarılması məsələsini müzakirə edib”. 
 
Erməni müəllif Yeqizar Ayntabçi diplomatik mənbələrə istinadən yazır ki, Dağlıq Qarabağla bağlı məxfi plan var və aparılan müzakirələr, onların detalları gizli saxlanılır: "Rusiyanın yeni Qarabağ planı tamamilə məxfi saxlanılır. Lakin İrəvanda söhbətləşdiyim dipliomat adının açıqlanmaması şərti ilə bir məqama toxundu. Bu erməni xalqı üçün dəhşətlidir, amma bir o qədər də həqiqətə bənzəyir. Mənbə deyir ki, danışıqların məxfi saxlanılmasına səbəb torpaqların Azərbaycana qaytarılması üçün zəminin yaradılmasıdır. Sarkisyan hakimiyyəti ən son məqamda detalları açıqlayacaq. Hansı ki, həmin vaxt çox gec olacaq”.
 
Müəllif qeyd edir ki, hazırda Sarkisyan hakimiyyəti erməni icyimaiyyətini "təslimçi sülhə” hazırlamaq istiqamətində hərəkətə keçib: "Hakimiyyətin təbliğat maşını prosesə strat verib. Mənimlə danışan diplomat Sarkisyanın son məqamda "təslimçi sülhü” Dağlıq Qarabağın (qondarma "DQR” rejimi nəzərdə tutulur - red) üzərinə yıxmaq istəyir. O, Qarabağa bu məqsədlə getmişdi”.
 
Müəllif Sarkisyan hakimiyyətinin Rusiyanın Ermənistanı satmasına qarşı çıxa bilmədiyini qeyd edib.
 
BAKU.WS