İllərlə düşmən işğalında qalan ən qədim yaşayış məntəqəsi Azıx mağarasından REPORTAJ - VİDEO

Noyabrın 9-da Azərbaycanın, eləcə də dünyanın ən qədim yaşayış məntəqələrindən biri olan Xocavənd rayonunun Azıx kəndi işğaldan azad olunub.
Oxu.Az və Baku TV-nin komandası Azıx mağarasında eksklüziv görüntülər lentə alıb.
Azıx mağarası Azərbaycanda insanların yaşadığı ən qədim mağaradır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir.
Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan üç kilometr aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir.
Azıx mağarasının sahəsi 800 kvadrat kilometrdir.
Burada uzunluğu 600 metrə qədər uzanan səkkiz dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Mədəniyyət Nazirliyi Xocavənd rayonu ərazisində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə qazıntıların aparıldığı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınaraq mənimsənilib.
Mağaradan eksklüziv reportajı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
İşğaldan azad olunan Azıx mağarası - FOTO
Azərbaycanın Milli Ordusu işğal altında olan daha 23 kəndi azad edib. BAKU.WS xəbər verir ki, işğaldan azad edilən kəndlər arasında Qarabağın Xocavənd rayonunun...
