VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilər əsir götürdükləri azərbaycanlı hərbçi ilə bağlı görüntü yayıblar.

BAKU.WS xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb. 

Əsir götürülən hərbçimiz Amin Musayev yaralı halda ermənilər tərəfindən tapılıb. O, maşına mindirilib qeyri-müəyyən istiqamətdə aparılan əsgərə ermənilər vəhşilik ediblər. Ermənilər hərbçimizin yarasına basaraq ona işgəncə verib. 

Azərbaycan Ordusu tərəfindən əsir götürülən işğalçı ordunun əsgərlərinə dövlətimizin münasibəti göz qabağındadır. Bütün əsirlərlə beynəlxalq tələblər səviyyəsində, humanistcəsinə davranılır, yaralı erməni hərbçiləri ölkəmizin müasir xəstəxanalarında müalicə edilir, onlara insanlıq qayğısı göstərilir.

İşğalçı Ermənistan isə yaralı hərbçilərə qarşı insanlığa sığmayan formada davranır və əsl üzünü bütün dünyaya nümayiş etdirir.  

BAKU.WS
VİDEO