Kəlbəcərdən çıxan ermənilər evləri və meşələri yandırırlar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın olan Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib.
Ərazini tərk edən erməni əhali isə gedərkən yanğınlar törədirlər.
Bu barədə erməni "Telegram” kanalları məlumat və videolar paylaşıb.
Qeyd olunub ki, ermənilər işğaldan azad edilmiş ərazilərdən çıxarkən evləri və meşələri yandırırlar.
Bu isə onların necə vandal olduqlarının növbəti sübutudur. İşğal etdikləri torpaqlardan çıxmalı olan ermənilər ekoloji terror törədir, təbiətə ziyan vurmaqla bir daha mənfur niyyətlərini büruzə verirlər.
Bununla bağlı videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev müalicə olunan hərbçilər önündə çıxış edib - YENİLƏNİB - VİDEO
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Klini...