VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Qarabağdakı qondarma rejim “müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyanın “döyüş vəzifəsini yerinə yetirərkən yaralandığını” açıqlayıb və dərhal onun yerinə general Mikael Arzumanyanın təyin olunduğunu elan edib. Sosial şəbəkələrdə Arutyunyanın öldürüldüyü haqda xəbərlər yayılsa da qondarma rejim bunu təkzib etmişdi, iddia edilirdi ki, guya Arutyunyan sağdır və tezliklə “sıraya qayıdacaq”.

"Virtualaz.org" hərbi cani Cəlal Arutyunyanın doğrudan da “sıraya qayıtdığını” təsdiq edən sensasion videokadrlar əldə edib və belə məlum olub ki, bu qondarma “komandan” əslində indiyədək ordumuzun Qarabağda məhv etdiyi digər hərbi canilərin sırasına “qayıdıb”.

Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Cəlal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.

Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitin də məhv edildiyi görünür.

Azərbaycan hakimiyyəti Cəlal Arutyunyanı 1992-ci ildən bəri ölkə ərazisində xüsusilə ağır hərbi cinayətlər törətməkdə ittiham edirdi. C.Arutyunyan Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq hərəkətlərinin törədilməsində və digər hərbi cinayətlərdə fəal iştirak edib. Sonradan işğal altındakı ərazilərdə yaradılmış hərbi strukturun rəhbərliyində yer alıb.

Azərbaycan hakimiyyəti bütün hərbi caniləri silahı yerə qoymağa və qanuni hakimiyyətin tələblərinə tabe olmağa çağırır. Əks halda Azərbaycan dövləti “Qisas” əməliyyatını davam etdirmək və ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində digər hərbi caniləri də məhv etmək haqqını özündə saxlayır.

Qeyd edək ki, antibəşəri və terror cinayətləri törətmiş hərbi canilərin, cinayətkarların məhv edilməsi praktikasından ABŞ, İsrail, Rusiya, Türkiyə və digər qabaqcıl ölkələrin xüsusi xidmət orqanları, xüsusi təyinatlı qüvvələri istifadə edirlər.

BAKU.WS
VİDEO