Qarabağda döyüşlərə qatılan sabiq erməni deputat məhv edildi - FOTO

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi uğrunda gedən döyüşlərə qatılan Ermənistan parlamentinin keçmiş deputatı, ilk prezident Levon Ter-Petrosyanın tərəfdarlarından biri David Matevosyan məhv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd edək ki, David Matevosyan könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. O, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı da olmuş və Azərbaycan ərazilərinin işğalında aktiv iştirak etmişdi.
1995-1999-cu illərdə millət vəkili olan D.Matevosyan 2008-ci il prezident seçkilərində Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri olmuşdu.
Qalereya
Oxşar xəbərlər
Sarkisyanın istefası Qarabağ bağını açacaq: "İrəvanı sülhə təslim edirlər"
Ermənistanın baş naziri Serj Sarkisyanın istefaya getməsi ilə qonşu ölkədə 20 ildən çox sürən “Qarabağ klanı”-nın hakimiyyətinə son qoyuldu. 1998-ci ildə sabiq...
