VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər keçən gün döyüş meydanında aldığı zərbələrdən Ermənistan ordusu artıq tənəzzülə uğrayıb. Ötən gün Prezident İlham Əliyev xalqa müraciəti zamanı düşmənin məhv edilən və hərbi qənimət kimi götürülən texnikalarının sayını açıqladı.

BAKU.WS-in Xezerxeber.az-a istinadla verdiyi məlumata görə, hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ali Baş Komandanın açıqladığı rəqəmlər düşmənin 50 faiz hərbi texnika və silahının məhv edildiyini göstərir. Ekspert sentyabrın 27-dən ötən günə qədər düşmənin məhv edilən və ya qənimət kimi götürülən texnikalarını minimum qiymətlə hesablayıb və onların hərbi arsenalına Azərbaycan Ordusu tərəfindən 4 milyard dollardan çox zərər dəydiyini açıqlayıb.

Ekspert deyib ki, məhv edilən 198 ədəd topun hər birinin qiyməti 200 min dollardan başlayır, ümumi məbləğ 39 milyon 600 min dollardır. 58 ədəd minaatan məhv edilib, 12-si isə qənimət kimi götürülüb. Ekspert bunları da hesablayıb və ümumi dəyərin 3 milyon 500 min dollar olduğunu deyib. 4 ədəd ''Smerç'' məhv edilib ki, nəticədə Ermənistan ordusuna 80 milyon dollar məbləğində zərər dəyib. Məhv edilənlər arasında 25 ədəd qumbaraatan və 53 ədəd tank əleyhinə vasitələr də var ki, onların da ümumilikdə qiyməti 1 milyon 665 min dollar edir.

Düşmənə məxsus 2 ədəd ''Elburus'' raket kompleksi də məhv edilib və bunların qiyməti 1 milyon 600 min dollar təşkil edir. ''Toçka-U'' raketinin 1 ədədinin qiyməti 600 min dollar, 8 ədəd radioelektron mübarizə vasitəsinin qiyməti isə 4 milyon dollar məbləğindədir.

Düşmənə ən çox vurulan maddi zərər sıradan çıxarılan 4 ədəd ''S-300'' zenit-raket kompleksidir.

Ramil Məmmədli ötən günə qədər düşmən ordusuna dəymiş zərərin 4 milyard 701 milyon 565 min dollar olduğunu deyib.

Qeyd edək ki, məhv edilən və ya qənimət kimi götürülən texnikaların dəyəri kifayət qədər böyükdür və bu rəqəm kasıb və büdcəsi az olan Ermənistan ordusu üçün böyük zərərdir.

BAKU.WS
VİDEO