Türk general: Azərbaycan Ordusu ermənilərin 8 min əsgərini məhv edib - VİDEO

Türkiyənin aviasiya generalı Ərdoğan Karakuş Ermənistanın hava hücumundan müdafiə sisteminin iflic olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, "A Haber" kanalının canlı yayımında danışan general ermənilərin PUA-ları belə vura bilmədiyini söyləyib.
"Quruda irəliləməkdə çətinliklər var, amma buna baxmayaraq Ermənistanın hava hücumundan müdafiə sistemini PUA-larla, kamikadze dronlarla iflic etdik. Hava hücumundan müdafiə sistemi məhv edildikdən sonra pilotsuz uçan aparatları vura bilmirlər".
Ermənistan ordusunun ciddi itkilərlə üzləşdiyini deyən Ə.Karakuş Azərbaycanın uğurlu hərbi əməliyyatlarına diqqət çəkib:
"Bundan sonra Ermənistan ordusuna istədiyiniz kimi zərbə endirə bilərsiniz. Ermənistanın çox sayda əsgəri məhv edilib. 8 min əsgərin öldürüldüyü deyilir".
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...