Bu həftə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə Həcc ziyarətinə yola düşəcək

14
iyn
2023
12:13
Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.
Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.
Oxşar xəbərlər
Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarəti üçün yola düşəcək
Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu sabah (iyunun 29-da) Səudiyyə Ərəbistanına yola düşəcək. BAKU.WS Report-a istinadla xəbər ver...
