Axundların istefasının SƏBƏBİ BİLİNDİ: Şeyxə qarşı çıxıblar?

Bir neçə gün əvvəl istefa verən axundlarla bağlı yeni məlumatlar ortaya çıxıb.
BAKU.WS “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, Xırdalan məscidinin imamı Azər Sani, Corat məscidinin imamı Hacı Sahib Məmmədov və İmişli məscidinin imamı Hacı Adıgözəl Bəşirli Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının başa çatması ilə əlaqədar təyin etdiyi vaxtda bayram namazı qılmayıblar.
Onlar Şeyxin fətvasına qarşı çıxaraq rəhbəri olduqları məscidlərdə İranla eyni gündə bayram namazı qılıblar
Qeyd edək ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da axundların istefasına münasibət bildirib.
O qeyd edib ki, Şeyxülislamın verdiyi fətva bütün məscidlərimizdə yerinə yetirilməlidir:
“Bu zaman pozuntular olursa, bununla bağlı müvafiq tədbirlər görülür. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislamın, Qazılar Şurasının çıxartdığı fətvaları kimsə pozursa, aydın məsələdir ki, o adam Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Bu zaman özü səhvini başa düşürsə, ola bilsin, istefa verir”.
Oxşar xəbərlər
Azərbaycanda Ramazan ayı başlayıb
Azərbaycanda Ramazan ayı başlayıb. BAKU.WS xəbər verir ki, Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür. Belə ki, bununla bağlı Qafqaz Müsəl...
