Dünyanın ən böyük tarixi İslam qəbiristanlığında bayram ziyarəti - VİDEO

Dünyanın ən böyük tarixi İslam qəbiristanlığında bayram ziyarəti - VİDEO
Video
Sosial 113

Türkiyənin Bitlis şəhərinin Ahlat rayonundakı Səlcuqlu Meydanı Qəbiristanlığı Ramazan bayramı səbəbi ilə ziyarətçilərlə dolub.

Dünyanın ən böyük Türk-İslam Qəbiristanlığı kimi tanınan Səlcuqlu Meydanı Qəbiristanlığı UNESCO-nun Dünya Mədəni İrsi İlkin Siyahısındadır.

210 hektarlıq ərazidə 8 mindən çox məzarın olduğu qəbiristanlıq Anadolunun Orxon Abidələri kimi də tanınır.Relyefləri, oymaları, kitabələri və yazıları ilə tarixə işıq salan monumental məzar daşları ziyarətçiləri zamana səyahətə çıxarır.

Son xəbərlər