Zuğulbada bir nəfər dənizdə batıb

Zuğulbada bir nəfər dənizdə batıb
Hadisə 12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xəzər rayonu, Zuğulba qəsəbəsi yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər