"Zimnaya Vişnya" ticarət mərkəzinin rəhbəri həbs edildi (FOTO)
28
mar
2018
16:19
Kemerovo vilayət məhkəməsi "Zimnaya Vişnya" ticarət mərkəzindəki yanğınla bağlı mərkəzin rəhbəri Nadejda Suddenokun həbs edilməsi barədə qərar çıxarıb.BAKU.WS rus mətbuatına istinadən xəbər verir ki, Nadejda Suddenok, məhkəmə zalından həbs olunub.Məlumata görə, qərarla Suddenok 1 ay 29 gün müddətinə, yəni mayın 25-ə qədər həbsdə olacaq.Dəhşətli faicə ilə əlaqədər olaraq, Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev müavini və Daxili Siyasət Departamentinin rəisini vəzifələrindən azad edib. "Qubernatorun müavini Aleksey Zelenin və Daxili Siyasət Departamentinin rəisi Nina Lopatina vəzifələrindən azad ediliblər", - agentliyin həmsöhbəti deyib.Həmçinin bildirib ki, A.Zeleninin yerini Kemerevo başçısının birinci müavini Olqa Turbaba tutacaq, N.Lopatinanın yerinə isə onun müavini Valentina Nazimok təyin ediləcək."Zimnaya Vishnya" Ticarət-Əyləncə Mərkəzində yanğın martın 25-də baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğında 64 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
"Zimnaya vişnya"da yanğın anı, qorxu və həyəcan içərisində qaçan uşaqlar (VİDEO)
Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğınla bağlı sosial şəbəkələrdə yeni video...