Zəncirvari qəza ilə bağlı TƏFƏRRÜAT: Sürücü narkotik vasitənin təsiri altında imiş
27
yan
2025
08:58
Bakıda baş vermiş zəncirvari qəzanın təfərrüatı məlum olub.
Sakinlərin iddialarına görə, qəzanı törədən sürücü narkotik vasitənin təsiri altında olub:
"Səsləri eşidib evdən çıxdım, sürücünü görmədim. Bir neçə maşını vurub qaçmışdı. Az sonra əraziyə polis əməkdaşları cəlb olundular", - sakinlərdən biri deyib.
Məlumata görə, polis əməkdaşları tərəfindən süni tıxac yaradılaraq "Volkswagen" markalı avtomobil saxlanılıb və cərimə meydançasına gətirilib.
Avtomobilin sürücüsü isə aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə təhvil verilib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı?
"Mən həmişə ölüm hökmünün əleyhinə olmuşam. Çünki elə işlərdə cinayəti törədən şəxsdə çox sirlər olur, həmin məsələləri ondan başqa heç kim bilmir. Cinayəti tör...