Zəlzələdə ölən gəncin nişanlısından ürək dağlayan sözlər - FOTO

Zəlzələdə ölən gəncin nişanlısından ürək dağlayan sözlər - FOTO
Foto
Hadisə 3620

Aktyor Rıza Kocaoğlunun İzmirdəki zəlzələ faciəsində dağıntılar altında qalan dostu Əli Çağın Kayğusuz vəfat edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayğusuzun nişanlısı Özlem Zayıfoğlu sosial şəbəkə hesabında ürək dağlayan paylaşım edib. O nişanlısı ilə arxiv fotosunu yayaraq bu sözləri əlavə edib:

“Səni morqda gördüm və bitdim. Mənim canım sevgilim, dünən məni fiziki olaraq tərk etdin. Bu andan etibarən mən də həyatımı fiziki olaraq davam etdirəcəm. Bitkilər kimi... Mən mən deyiləm artıq.

Həqiqi dünyada görüşüb, orada birlikdə yaşayıb, bir-birimizin hər şeyi olmağa davam edəcəyik. Sən mənim ruhum, qəlbim, dünyamsan. Sənə sevgim və sədaqətim sonsuzdur.

Bunu heç bir şey dəyişdirə bilməz. Üzüyün həmişə mənimlə olacaq. Mən də səninlə olacam. Səsin qulağımda, xatirələrim həmişə beynimdə olacaq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər