Zaqatalada mağaza yanıb, satıcı ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada mağazada yanğın olub, satıcı yanaraq ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30-da rayonun Mosul kəndi ərazisində fəaliyyət göstərən qarışıq mallar mağazasında baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.
Yanğın qısa müddət ərazində məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində iş aparılır.
Yanğın zamanı mağazada satıcı işləyən gənc müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alıb. Gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı ağır yanıq xəsarətlərindən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hirkan Milli Parkında yağını söndürmək çətinləşib: Amfibiya təyyarəsi havaya qaldırıldı - YENİLƏNİB
Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. Bildirilib ki, yüks...