Zaqatalada itən hindistanlı turist niyə tapılmır? - Üç ay tamam oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada hindistanlı turistin yoxa çıxmasından üç ay ötür.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında bildirdiyinə görə, turistin axtarışları hələlik heç bir nəticə verməyib. Hazırda onun tapılması istiqamətində bütün zəruri tədbirlər davam etdirilir.
Axtarışlara qoşulan könüllü dağçılar bildirirlər ki, üç ay müddətində turistin tapılmaması bir çox suallar yaradır. Buna baxmayaraq, axtarışlar davam etdirilir. Əgər bu ay da axtarışlar nəticə verməsə, payızda kompleks axtarışlara başlamaq lazımdır. Belə ki, payızda ağacların yarpaqları tökülür və bu, meşəlik ərazidə müşahidələrin daha yaxşı aparılmasına imkan verir.
Oxşar xəbərlər
Zaqatalada itən hindistanlı turistlə bağlı YENİ FAKT: Bundan əvvəl də yoxa çıxıbmış
Zaqatalada yoxa çıxan hindistanlı turistlə bağlı maraqlı fakt ortaya çıxıb. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, turistin ailəsindən verilən məlumata gör...